Çempionlar Liqasının hazırki qalibi “Real Madrid” mövsümdə ilk məğlubiyyəti ilə üzləşib. Hələ ötən tur pley-offa vəsiqəni rəsmiləşdirən “Kral Klubu” Almaniyada “Leyptsiq”ə uduzub. Meydan sahibləri 18 dəqiqə ərzində 2 qol vurublar. Yosko Qvardiol və Kristofer Nkunku fərqlənib. Fasilə ərəfəsində İspaniya çempionları buraxılan toplardan birinin əvəzini çıxıblar. Vinisius Junior qonaqları ümidləndirib. 81-ci dəqiqədə Timo Verner hesab arasındakı fərqi 2 topa yüksəltsə də, son saniyələrdə Rodriqo yekun nəticəni müəyyənləşdirib. “Leyptsiq” – Real Madrid” 3:2. Bu mövsüm ilk dəfə uduzan “Real Madrid” 10 xalla qrupun lideridir. “Leyptsiq” isə ardıcıl 3-cü qələbəsi sayəsində 9 xalla 2-ci pillədəki mövqeyini möhkəmləndirib.
Qrupun paralel keçirilən Seltik” – “Şaxtyor” görüşü isə 1:1 hesabı ilə bitib. Giorqos Giakumakisin hesabı açdığı oyunda Mixail Mudrik komandasını məğlubiyyətdən xilas edib. Hazırda “Şaxtyor” 6 xalla 3-cü pillədədir. 2 xalı olan “Seltik”in autsayderi olacağı dəqiqləşəb. Son turda “Real Madrid” – “Seltik” və “Şaxtyor” – “Leyptsiq” qarşılaşmaları keçiriləcək.
H qrupunda isə PSJ və “Benfika” 1/8 finala vəsiqə əldə edib. Paris klubu doğma arenada “Makkabi Hayfa”nı darmadağın edib. Görüşün qəhrəmanları hərəyə 2 qol və 2 assist edən Lionle Messi və Kilyan Mbappe olublar. Argentinalı ulduzun hesabı açdığı görüşdə 32-ci dəqiqədə Mbappe topu qapıdan keçirib. Az somra Neymar da hədəfədn yayınmayıb 38-ci dəqiqədə Abdulaye Sek buraxılan toplardan birinin əvəzini çıxsa da, hissənin sonunda Lionel Messi hesabı 4:1 edib. Seneqallı futbolçu 2-ci hissənin əvvəlində yenidən hesab arasındakı fərqi 2 topa endirib. Amma qalan vaxtda Kilian Mbappe, Karlos Soler fərqlənməsi və Şon Qoldberqin avtoqolu hesabın 7:2 olması ilə nəticələnib.
Paralel keçiriləən “Benfika” – “Yuventus” oyununda isə 7 qol vurulub. Burda meydan sahibləri 4:3 hesabı ilə qlaib gəliblər. Portuqaliya klubunun heyətində Antonio Silva, Joau Mario hərəyə 1, Rafa Silva isə 2 qol vurub. Qonaqların heyətində Moyze Kin, Arkadiuş Milik və Veston Makkenie qapını dəqiq nişan alıb. Hazırda 11 xalla PSJ və “Benfika” qrupa başçılıq edir. Hər iki komanda pley-offa vəsiqəni rəsmiləşdirib. Hər iki komandanın aralarındakı oyunlar 1-1 hesabı ilə bitdiyindən daha yaxşı top fərqinə malik PSJ 1-ci pillədədir. Son tur qrup liderliyi baxımından mühüm əhəmiyyət kəb edəcək. PSJ səfərdə “Yuventus”un qonağı olacaq, “Benfika” isə Hayfada “Makkabi”nin qonağı olacaq. Hazırda 3 xalla qrupun autsayderləri olan “Yuventus” və “Makkabi Hayfa” üçün bu görüşlər Avroliqada mübarizəni davam etdrirmək üçün əhəmiyyət kəsb edir.